zelzele 3

Türkiyədə daha bir zəlzələ olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bingölün Kığı rayonunda 4,4 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar 7 kilometr dərinlikdə hiss edilib”, – bildirilib.

Kandilli Rəsədxanasından verilən məlumata görə, zəlzələnin episentri Bingölün Dallıca kəndində olub.

Dağıntı və itki yoxdur.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: