
Türkiyədə Kayseridən İstanbula uçan təyyarəni ildırım vurub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Record Haber” məlumat verib.
Təyyarədə “Kayeserispor” klubunun futbolçuları olub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Təyyarə geri qayıtmağa məcbur olub: “Futbolçular və texniki heyət hazırda hava limanında gözləyir”.
Hadisə “Fənərbaxça” – “Kayserispor” matçının keçiriləcəyi İstanbula gedərkən baş verib. Futbolçular mayın 12-də qarşılaşacaqlar.














