Türkiyə dəhşət içində: 76 ölü, 51 yaralı – VİDEO / YENİLƏNDİ

Türkiyə dəhşət içində: 76 ölü, 51 yaralı - VİDEO / YENİLƏNDİ

Kartalkaya Xizək Kurort Mərkəzində oteldə baş verən yağınla əlaqədar daha 5 nəfər saxlanılıb.

Qeyd edək ki, xizəkçilik mərkəzindəki yanğında ölənlərin sayı 76-ya çatıb.

***

Türkiyənin Bolu əyalətində yerləşən Kartalkaya xizəkçilik mərkəzində baş verən yanğınla əlaqədar 4 nəfər saxlanılıb.

Globalinfo.az bildirir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Qeyd olunub ki, saxlanılanlar arasında mərkəzin sahibi də var.

***16:21

Türkiyədə xizəkçilik mərkəzində ölənlərin sayı 66 nəfərə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində 51 nəfər yaralanıb.

***09:54

Türkiyədə xizəkçilik mərkəzində ölənlərin sayı 10 nəfərə çatıb.

Globalinfo.az xəbər verir ki,  32 nəfər isə yaralanıb.

***09:06

Türkiyədə Kartalkaya xizək kurortu ərazisindəki hotellərdən birində yanğın olub.

Globalinfo.az xəbər verir ki, yanğın nəticəsində 3 nəfər ölüb, 21 nəfər isə yaralanıb.

Ölənlərdən ikisi hündürlükdən atladıqları üçün ölüb.