Türkiyədə daha bir sahədə 50 faiz bahalaşma: daxili aviareyslərin qiyməti yenidən qalxdı

Türkiyədə bu yay ikinci dəfə daxili reyslər üçün maksimum qiymət səviyyəsi – 50 faiz artırılaraq 2500 lirəyə (158 AZN) qaldırılıb.

Globalinfo.az xəbər verir ki, artıq Türk Hava Yollarında bu qiymətə biletlər satışa çıxarılıb.

Bildirilir ki, təyyarədəki yerlərin 15 faizi 2500 lirəyə, qalan 85%-i isə 1650 (104 AZN) lirəyə satıla bilər.

Qeyd edək ki, daha öncə iyulun sonunda qiymətlər 43 faiz qaldırılmışdı.

Xatırladaq ki, ilk dəfə daxili reyslər üçün maksimum qiymət 2013-cü ildə tətbiq edilib və 299 (19 AZN) lirə olub.