Türkiyədə dağılmış binalara görə tutulanların sayı açıqlandı

Türkiyədə zəlzələ nəticəsində dağılmış binalarla bağlı 612 şübhəli barəsində araşdırma aparılıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə ədliyyə naziri Bəkir Bozdağ bildirib.

Nazir, onlardan 184-nin saxlanıldığını, 55-nin isə artıq həbs edildiyini vurğulayıb.

Bəkir Bozağın sözlərinə görə, indiyədək zəlzələ nəticəsində dağılan 7 min 598 binadan nümunələr götürülərək onların ekspertizası aparılıb.