Türkiyədə Ramazan bayramının ilk günü 766 yol qəzası qeydə alınıb.
Globalinfo.az xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Ali Yerlikaya açıqlayıb.
Məlumata görə, Türkiyənin fərqli bölgələrində ümumilikdə 766 yol qəzası baş verib, 5 nəfər həyatını itirib, 1219 nəfər isə yaralanıb.
Aysel Əliyeva
Globalinfo.az














