Araz Musayevi onlar bıçaqlayıb

Araz Musayevi onlar bıçaqlayıb

Antalyanın Kəmər rayonunda keçirilən İFMA U23 Muaytay üzrə Dünya Çempionatı zamanı Azərbaycan Muaytay Federasiyasının prezidenti Araz Musayev 2 nəfər tərəfindən bıçaqlanıb.

Globalinfo.az Unikal-a istinadən xəbər verir ki, hadisəni törədənlər Azərbaycan vətəndaşlarıdır. Onlar hadisə yerindən taksi ilə Antalya hava limanına qaçıblar. Lakin polis azərbaycanlıları hava limanında saxlayıb.

Sözügedən azərbaycanlılarla yanaşı, hadisə ilə əlaqəsi olan daha 2 şübhəlinin olduğu da müəyyən edilib. Onlardan birinin Rusiyaya qaçdığı şübhəsi ilə bağlı İnterpolla əlaqə saxlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən digər şəxsin isə axtarışlarının davam etdiyi bildirilib.

Hadisə ilə bağlı Kəmər rayon Respublika Prokurorluğunun koordinasiyası ilə istintaq işləri davam etdirilir.

***11:26

Türkiyənin Antalya şəhərində bıçaqlanan Azərbaycan Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayevin vəziyyəti açıqlanıb.

Globalinfo.az bildirir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, hazırda onun vəziyyəti stabildir.

Çempionun Bakıya nə vaxt qayıdacağı isə hələ ki dəqiq deyil.