
Türkiyənin Van Böyükşəhər Bələdiyyə sədri Abdullah Zeydan məhkəmə tərəfindən azadlıqdan məhrum edilib.
Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, Diyarbəkir Ağır Cinayətlər Məhkəməsi onun 3 il 9 ay müddətinə həbs edilməsi barədə hökm çıxarıb.
Məhkəmə A.Zeydanı terror təşkilatına yardım etməyə təşəbbüs göstərməkdə təqsirli bilib.
Qeyd edək ki, bələdiyyə sədrinin apelyasiya şikayəti vermək hüququ var.