Türkiyənin Kocaeli vilayətində dönərdən zəhərlənənlərin sayı 648 nəfərə çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Cümhuriyet” qəzetinin məlumatında qeyd olunub.
“Körfəz rayonunda fəaliyyət göstərən bir müəssisədə toyuq dönəri yeyən vətəndaşlar ürəkbulanma, qızdırma, qusma və zəhərlənmə şübhəsi ilə əlaqədar xəstəxanalara müraciət edib. Bununla bağlı 2 şübhəli iş adamı çağırış məhkəməsi tərəfindən həbs olunub. Həyati təhlükəsi olmayan 648 xəstədən 646-nın müalicəsi davam etdirilir”, – deyə nəşrdə bildirilib.
Məlumata görə, sözügedən obyektin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Əliyar Xəlil
Globalinfo.az














