yeni proje 92 x62f cover

Türkiyənin Yalova şəhərində İŞİD-in hücumu nəticəsində 3 polisin şəhid olmasından sonra keçirilən əməliyyatlarda saxlanılan 42 şübhəlidən 26-sı həbs edilib. 

Globalinfo.az xəbər verir ki, həmin şəxslər barəsibdə ilkin məhkəmə iclası zamanı həbs qərarı verilib.

Yerdə qalan 16 nəfərin yoxlanışdan keçmələri şərtilə sərbəst buraxıldıqları bildirilir.

Qeyd edək ki, polislə qarşıdurma zamanı 6 terrorçu zərərsizləşdirilmişdi.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: