Türkiyədə 16 vilayətdə antiterror əməliyyatı: 120 nəfər saxlanıldı

Türkiyənin 16 vilayətində keçirilən “Bozdoğan-2” antiterror əməliyyatı çərçivəsində 120 nəfər saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

O bildirib ki, saxlanılanlara aid silah və rəqəmsal materiallar da müsadirə edilib.

“Saxlanılan şəxslər Suriyada terrorçu qruplarla əlaqədə olmaqda, terrorizmi təbliğ etməkdə və qanunsuz küçə aksiyaları təşkil etməyə çağırışlarda şübhəli bilinirlər”, – deyə nazir qeyd edib.