Türkiyə XİN: “Ermənistanın bu addımı təqdirəlayiqdir”

Türkiyə Xarici İşlər Nazirliyi Ermənistanın Fələstin dövlətini tanıması qərarını təqdir edib. 

Globalinfo.az xəbər verir ki, bu barədə nazirliyin rəsmi səhifəsindəq qeyd olunub.

Türkiyə XİN daha çox ölkənin Fələstin dövlətini tanıması istiqamətində fəaliyyətə davam ediləcəyini bildirib:

“İspaniya, İrlandiya, Norveç və Slovaniya kimi ölkələrdən sonra Ermənistanın da Fələstin dövlətini tanıması bizi məmnun etdi. Daha əvvəl də vurğuladığımız kimi Fələstin dövlətinin tanınması beynəlxalq hüququn, ədalətin və vicdqanın tələbidir Türkiyə olaraq daha çox ölkənin Fələstini tanıması üçün səylərimizi davam etdirəcəyik”.

Ayşən Mustafa
Globalinfo.az