Türkiyənin milli müdafiə naziri Yaşar Güler və Rusiyanın müdafiə naziri Andrey Belousov Yaxın Şərqdə baş verənləri müzakirə ediblər.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“İyunun 17-də Türkiyənin milli müdafiə naziri Yaşar Güler və Rusiyanın müdafiə naziri Andrey Belousov arasında telefon danışığı olub. Söhbət zamanı ikitərəfli münasibətlər, regional müdafiə və təhlükəsizlik məsələləri, eləcə də İsrail və İran arasında yaşanan münaqişə ətrafında fikir mübadiləsi aparılıb”, – deyə nazirliyin “X” hesabında paylaşım edilib.
Aysel Əliyeva
Globalinfo.az














