“Ankara Qahirə ilə nüvə enerjisi sahəsində əlaqələri dərinləşdirmək istəyir”.
Globalinfo.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Reuters” xəbər verir ki, Ərdoğan misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə Ankarada apardığı danışıqlardan sonra bu cür açıqlama verib.
Türkiyə lideri Ankaranın təbii qaz və nüvə enerjisi sahəsi üzrə Qahirə ilə əlaqələrini dərinləşdirmək istədiyini bildirib.
Ərdoğan iki ölkənin ticarət, müdafiə, səhiyyə, enerji və ətraf mühit də daxil olmaqla bütün sahələrdə əlaqələrin yaxşılaşdırılmasına sadiq olduğunu bir daha təsdiqləyib. Liderlərin açıqlamalarından əvvəl hər iki ölkənin nazirləri bir sıra saziş imzalayıblar.
Müşviq Tofiqoğlu
Globalinfo.az