Türkiyə və Britaniyanın müdafiə nazirləri Suriyadakı durumu müzakirə edib

Türkiyə və Britaniyanın müdafiə nazirləri Suriyadakı durumu müzakirə edib

Türkiyənin milli müdafiə naziri Yaşar Gülərlə britaniyalı həmkarı Con Hili arasında telefon danışığı olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, tərəflər Suriyadakı son durumu müzakirə ediblər.

Onlar həmçinin regional, beynəlxalq təhlükəsizlik və müdafiə məsələləri barədə fikir mübadiləsi aparıblar.