Türkiyə tarixində ilk yaşandı: O vəzifəni erməni yerinə yetirəcək

Türkiyə tarixində ilk yaşandı: O vəzifəni erməni yerinə yetirəcək

Türkiyə Respublikasının tarixində ilk dəfə erməni əsilli şəxs hökumət tərəfindən bölgə idarəçisi təyin edilib. 

Globalinfo.az xəbər verir ki, bu vəzifə 30 yaşlı İstanbul ermənisi Berk Acara verilib.

O, həm də Türkiyədəki erməni icmasının hüquqşünasıdır. 2021-ci ildə imtahan verərək rayon icra nümayəndəsi olmağa haqq qazanıb. 2025-ci ilin oktyabrın 16-da isə Antalyanın Niğde bölgəsində Çiftlik ərazisinin icra nümayəndəsi təyin edilib. Beləliklə cümhuriyyət tarixində ilk dəfə erməni icmasından biri hökumət nümayəndəsi kimi bölgə idarəçiliyində vəzifə tutub.

Acar ümumi orta təhsilini İstanbuldakı erməni məktəbində ali təhsilini isə Bilgi Universitetində alıb.

Əliyar Xəlil
Globalinfo.az