Türkiyə Suriyada sabitliyə töhfə verməyə hazırdır – Fidan

Türkiyə Suriyada sabitliyə töhfə verməyə hazırdır - Fidan

Türkiyənin xarici işlər naziri Hakan Fidan suriyalı həmkarı Əsəd Həsən əl-Şibani ilə telefon danışığı aparıb.

Globalinfo.az xəbər verir ki, söhbət zamanı Hakan Fidan Ankara tərəfindən Suriyada sabitliyin və əmin-amanlığın bərpasına dəstək verilməsinə hazır olduqlarını bildirib.

Görüş zamanı ikitərəfli münasibətlər, regional proseslər və humanitar vəziyyət də müzakirə edilib.

Qeyd edək ki, Türkiyə son dövrlərdə Suriya ilə münasibətləri normallaşdırmağa yönəlmiş diplomatik addımlar atmaqda davam edir.

Tahir Turan
Globalinfo.az