Türkiyə səfiri: “Xocalı soyqırımını unutdurmayacağıq”

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Xocalı soyqrımının 32-ci ildönümü ilə bağlı “X” platformasında paylaşım edib. 

Globalinfo.az xəbər verir ki, səfir faciənin ildönümünü  “Bitməyən ağrı” başlığı ilə paylaşımla yad edib.

“Bitməyən ağrıdır Xocalı soyqrımı. Unutmadıq, unutmayacaq və unutdurmayacağıq”, – səfir paylaşımda qeyd edib.