Türkiyə prezidenti olmaq üçün ən doğru isim… – Baxçalı açıqladı

“Terror həyatımızdan çıxsa, inflyasiya canavarına zərbə vurulsa, Türkiyə siyasi və iqtisadi sabitliyin zirvəsinə çıxsa, Ərdoğanın yenidən prezident seçilməsi təbii və doğru olmayacaqmı?”

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı deyib.

“Nə edək, CHP-nin içində namizəd axtaraq? Dövlətdə davamlılıq, siyasətdə sabitlik, Türkiyə yüzilinin inşası üçün Ərdoğan qarantdır, millətin sevdalısıdır. O bizə görə tək seçimdir”, – Baxçalı bildirib.

Qeyd edək ki, Ərdoğan ikinci prezidentlik dönəmini icra edir. O hələlik xələfi və ya yenidən namizəd olacağına dair açıqlama verməyib.

Əliyar Xəlil
Globalinfo.az