
Türkiyənin bir məscidində namaz vaxtı dəhşətli hadisə yaşanıb. Bir nəfər qəsdən pusquya salınaraq bıçaqlı hücuma məruz qalıb.
Globalinfo.az xəbər verir ki, ilkin ehtimallara görə, zərərçəkən şəxs varlı bir ailəyə borclu olub.
Bu borcu ödəməkdən yayınaraq daim “sabah verəcəm” vədləri ilə vaxtı uzadıb.
Səbir kasası daşan ailə məsələni “həll etmək” üçün qatil tutub.
Cinayətkar məscidə gəlib və namaz zamanı qurbanını bıçaqlamağa cəhd edib.
Lakin hücum uğursuz alınıb, zərərçəkən ağır yaralanıb və dərhal xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas etməyə çalışırlar.
Hadisə ilə bağlı araşdırma aparılır.
Əliyar Xəlil
Globalinfo.az














