Türkiyə məhsulları Ermənistana birbaşa daşınacaq?

Cari ilin sonuna qədər Türkiyə ilə Ermənistan arasında hava nəqliyyatı ilə yük daşımaları başlayacaq.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı “Hürriyet” qəzeti yayıb.

Qəzet yazır ki, artıq proses sona çatmaq üzrədir və nəticədə Türkiyə məhsullarını birbaşa olaraq Ermənistana daşımaq mümkün olacaq.