“Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik” – Yaşar Gülər

“Brüsseldəki görüşdə Krım da daxil olmaqla, Ukraynanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəklədiyimizi bir daha bəyan etdik”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə müdafiə naziri Yaşar Gülər ​​deyib.

“Biz münaqişə tərəfləri arasında tezliklə atəşkəsin əldə olunmasının vacibliyinə işarə etdik ki, daha çox dağıntıların qarşısının alınması və daha da artmasının qarşısının alınmasına nail olunsun”, – Y.Gülər ​​qeyd edib.