Qəzzaya humanitar yardım çatdırarkən İsrail tərəfindən ələ keçirilən “Sumud” donanmasındakı Türkiyə vətəndaşları sabah xüsusi təyyarə ilə ölkəyə qayıdacaqlar.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli məlumat yayıb.
O bildirib ki, vətəndaşlarının ölkəyə gətirilmələri üçün müxtəlif alternativlər var:
“Hazırda mümkün variantlardan biri də onların sabah xüsusi təyyarə ilə geri gətirilmələridir”.














