Türkiyə ilk dəfə kosmosa insan göndərdi – Ərdoğandan müraciət… – VİDEO

İlk türkiyəli astronavt Alper Gezeravcının kosmik səyahəti uğurla başlayıb.

Globalinfo.az xəbər verir ki, o, ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) digər əməkdaşları ilə birgə “SpaceX” şirkətinə məxsus kosmik gəmi ilə havaya qalxıb.

Gezeravcı Beynəlxalq Kosmik Stansiyaya yola düşüb.

Türkiyənin insanın iştirakı ilə həyata keçirilən ilk kosmik missiyası çərçivəsində o, Beynəlxalq Kosmik Stansiyada 14 gün qalacaq və 13 fərqli elmi təcrübə həyata keçirəcək.

Qeyd edək ki, indiyədək buraxılış bir neçə dəfə texniki səbəblərdən təxirə salınıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk türkiyəli astronavtın kosmosa uçuşu ilə əlaqədar videomüraciət yayımlayıb.

O, bu hadisəni ölkəsi üçün əlamətdar adlandırıb.

“İlk insanlı kosmik missiyamızla Cümhuriyyətimizin ikinci əsrinə, Türk əsrinə qədəm qoyuruq. Tanrı yolumuzu, bəxtimizi açıq etsin”, – deyə dövlət başçısı qeyd edib.