Türkiyə hərbçiləri və F-16-ları Zəfər paradında…

Türkiyə hərbçiləri və F-16-ları Zəfər paradında...

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 6 ədəd F-16 Bakıda noyabrın 8-də baş tutacaq Zəfər paradında uçuş edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə nazirliyin Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Zeki Aktürk mətbuat konfransında deyib.

8 noyabrda isə Türkiyə Prezident Qvardiyasının Mərasim Birliyi tərəfindən rəsmi yürüş keçiriləcək və Hərbi Hava Qüvvələrinə məxsus 6 ədəd F-16 qırıcısı ilə uçuş nümayişi təşkil olunacaq.

O qeyd edib ki, noyabrın 7-də isə Mehtər Birliyinin orkestri ilə Gəncə Dövlət Filarmoniyasının orkestri birgə konsert proqramı olacaq.