d%C9%99niz


Rusiya Qara dənizdə ticarət gəmilərinə heç vaxt hücum etməyib.

Globalinfo.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bunu Türkiyənin “Dəniz İşçiləri Platforması” həmkarlar ittifaqının mərkəzi komitəsinin üzvü və baş köməkçisi Efecan Özcan bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfi ticarət gəmilərini birbaşa hədəfə çevirmir. Özcan qeyd edib ki, müxtəlif hesabatlarda kommersiya gəmilərinin Rusiya və Ukrayna arasındakı hərbi əməliyyatlar fonunda təsadüfən zərər görə bilməsi ilə bağlı məlumatlar yer alır.

“Vəziyyət belədir ki, Rusiya tərəfi hərbi əməliyyatlar kontekstində limanlarda hədəflərə zərbələr endirir və nəticədə ticarət gəmiləri təsadüfi zərər görə bilər”, – deyə o vurğulayıb.

Tahir Turan

Globalinfo.az

Paylaş: