
ABŞ Prezidenti Cozef Baydenlə İsrail baş naziri Benyamin Netanyahunun telefon danışığı zamanı gərgin anlar yaşanıb.
Globalinfo.az xəbər verir ki, bu məlumatı “Channel 12” televiziyası yayıb.
Məlumata görə, Bayden Netanyahudan ona atəşkəs barədə yalan danışmağı dayandırmasını tələb edib:
“Bəsdir mənə boş-boş danışdın. ABŞ prezidentini nəsə adi bir şəxs kimi qəbul etməyin”.
Kanalın Baydenin qəzəblənməsinə əsas səbəbin Netanyahunun Qəzzadakı müharibəni dayandıracağı ilə bağlı verdiyi sözü tutmasını zəmanət altına almaq istəməsi olduğunu bildirib.
Tərəflər arasında yaranan gərginliyə rəğmən ABŞ-ı daha çox narahat edən İranın İsrailə zərbə endirəcəyi məsələsidir.