Türkiyə Haaqa məhkəməsində İsrailə qarşı çıxış edəcək

“Türkiyə Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı çıxış edəcək”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Haber Global” telekanalı məlumat yayıb.

Bildirilib ki, Beynəlxalq Haaqa məhkəməsində Ankaranı kimin təmsil edəcəyi hələ dəqiqləşdirilməyib.

Türkiyənin məhkəmədəki çıxışı İsrail-Fələstin münaqişəsinə və müharibənin hüquqi nəticələrinə aid olacaq.

Əliyar Xəlil
Globalinfo.az