Türkiyə Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı qanun layihəsini qəbul etdi

Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı qanun layihəsi Türkiyə Parlamentin Xarici Əlaqələr Komitəsində qəbul edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat dərc edib.

Məlumatda qeyd edilib ki, bundan sonra qanun layihəsinin TBMM Baş Assambleyası (Genel Kurulu) tərəfindən qəbul edilməsi gözlənilir.