Əli Əsədovdan ilk açıqlama: “Bəyan edirəm ki…”

“Möhtərəm Prezident İlham Əliyevin də dediyi kimi, bizə başqa ailə lazım deyil. Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan Prezidentinin fəaliyyəti yüksək qiymətləndirilir”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov deyib.

“Onun müəyyən etdiyi xətt bizim üçün əsasdır. Bu xətt üzrə verilən tapşırıqların icrası ilə məşğul olacağıq. Prezidentimizin hər gün, hər saat məşğul olduğu problemlərin bir mövzusu da Azərbaycan xalqı, cəmiyyəti və onun gələcəyidir. Bir daha bəyan edirəm ki, verilən tapşırıqlar hökumətin gündəlik fəaliyyətində icra ediləcək”, – baş nazir bildirib.

***

“İlk növbədə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə mənim namizədliyimi irəli sürdüyünə və mənə göstərilən yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri möhtərəm cənab İlham Heydər oğlu Əliyevə dərin təşəkkürümü bildirirəm”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir vəzifəsini icra edən Əli Əsədov deyib.

“Müstəqil Azərbaycan Respublikasının tarixində ilk dəfə olaraq bütün suveren ərazilərimizi əhatə edən və şanlı tariximizə Zəfər seçkisi kimi əbədi həkk olunacaq prezident seçkilərində inamlı və möhtəşəm qələbə münasibətilə möhtərəm Prezidenti bu yüksək kürsüdən bir daha ürəkdən təbrik edirəm”, – deyə Əli Əsədov bildirib.