sss

“See Breeze” çimərliyinə giriş 50 manat həddində olsa da, bura gələnlərin sayı azalmadı”.

Globalinfo.az xəbər verir ki, bunu enerji məsələləri üzrə ekspert İlham Şaban sosial şəbəkə hesabında yazıb.

O hesab edir ki, insanlar artıq istirahət xərclərini əvvəlkindən daha düzgün müqayisə edirlər.

İlham Şaban qeyd edib ki, əvvəllər geniş yayılmış “Türkiyədə istirahət daha ucuzdur” fikri artıq aktuallığını itirib.

“Hazırda Türkiyədə qiymətlər də yüksəkdir. Bu səbəbdən Azərbaycanda orta və yüksək gəlirli insanlar üçün “Sea Breeze”də aylıq 5-6 min manata mənzil və ya 12-15 min manata ikimərtəbəli villa kirayələmək daha sərfəli seçim kimi qiymətləndirilir”.

İ.Şabanın fikrincə, məhz bu səbəbdən “Sea Breeze”də mənzilə tələbat hələ də yüksək olaraq qalır.

Günel Cəlil
Globalinfo.az 

Paylaş: