Türkiyə bu ölkələrlə birgə əməliyyata başladı

Türkiyə, Rumıniya və Bolqarıstan Qara dənizdə mina təmizləmə əməliyyatına başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilir ki, Türkiyə, Rumıniya və Bolqarıstan Ukraynadan taxıl daşıyan gəmilərin təhlükəsizliyini təmin etmək üçün Qara dənizdə minaların təmizlənməsi üçün birgə əməliyyata başlayıb.

Qeyd edək ki, yanvarın 11-də Türkiyə Müdafiə Nazirliyi Qara dənizin minalardan təmizləmə qrupu çərçivəsində Rumıniya və Bolqarıstanla birgə işlərə başlandığını elan edib. Türkiyə Müdafiə Nazirliyinin rəhbəri Yaşar Gülər ​​bu qrupun yaradılmasını Ukraynadakı münaqişə səbəbindən Qara dənizdə təhlükəsizlik şəraitinin pisləşməsi ilə izah edib.

Müşviq Tofiqoğlu
Globalinfo.az