Türkiyə 14 il dəstəklədi: geridə qoymalıyıq – Fidan

Türkiyə 14 il dəstəklədi: geridə qoymalıyıq - Fidan

Region ölkələri Suriya məsələsində konsensus əldə ediblər.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

“Biz qonşu ölkələrin ünvanına təhdid görmək istəmirik. Biz istəmirik ki, terrorizm özünə yuva tapıb, güclənsin. Biz Suriyanın ərazi bütövlüyünün tərəfdarıyıq” – deyə o bildirib.

Nazir Suriyada stabilləşmənin əsas açarlarından birinin ölkədəki hərbi qruplaşmaların birləşdirilməsi olduğunu bildirib. Fidan Suriya hökumətinin bu istiqamətdə doğru addımlar atdığını deyib. Bununla belə o, ABŞ-ın regiondakı rolunu tənqid edərək, onu bəhanə isə Suriyanın üçdə birinə nəzarət etməkdə ittiham edib. XİN rəhbəri bunun suriyalılara öz neft-qaz resurslarından istifadəyə imkan vermədiyini bildirib:

“Bu, təkcə milli təhlükəsizliyə yox, həm də region üçün ciddi problemdir”.

Nazir Türkiyənin 14 il Suriya müxalifətini dəstəkləməsinin bu ölkədə təsirə iddia etməsi anlamına gəlmədiyini bildirib:

“Uzun illər bizim regionda qorxu və həyəcan olub ki, kim – türklər, iranlılar, yoxsa ərəblər dominantlıq edəcəklər? Məncə, bunu artıq keçmişdə qoymalıyıq. Biz gərək əməkdaşlıq, hörmət, həmrəylik mədəniyyəti quraq. Məncə, bu, mümkündür və biz buna yaxınıq”.

Əliyar Xəlil
Globalinfo.az