Çavuşoğlu Makrona cavab verdi: “Fransa obyektiv ola bilmir”

Çavuşoğlu Makrona cavab verdi: “Fransa obyektiv ola bilmir”

“Təəssüf ki, Fransa obyektiv ola bilmir”.

Globalinfo.az bildirir ki, “Report”un xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının oktyabrın 17-də İstanbulda keçirilən iclasından sonra mətbuat konfransında deyib.

“Biz də Rusiya illə Ukrayna arasında vasitəçiliyimizi davam etdiririk və ədalətli davranırıq. Amma Fransa obyektiv deyil”, – nazir bildirib.

M.Çavuşoğlu söyləyib ki, Azərbaycan öz torpaqlarını Ermənistanın işğalından azad edib: “30 il Qarabağ məsələsinin həll edilməməsinin əsas səbəbi ATƏT-in Minsk qrupunun qeyri-obyektivliyi idi”.