Türkiyə və İsrail müdafiə nazirləri Ankarada görüşdü

Türkiyə və İsrail müdafiə nazirləri Ankarada görüşdü

İsrailin müdafiə naziri Benni Qantz Ankarada türkiyəli həmkarı Hulusi Akarla görüşüb.

Globalinfo.az bildirir ki, APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, iki nazirin görüşündən sonra heyətlər arasında görüş başlayıb.

Qeyd edək ki, israilli nazir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən də qəbul ediləcək.