Türkiyə səfirliyi: “Qarabağdakı Azərbaycan bayrağının əbədi dalğalanmasını arzu edirik”

Türkiyə səfirliyi: "Qarabağdakı Azərbaycan bayrağının əbədi dalğalanmasını arzu edirik"

Türkiyənin Azərbaycandakı səfirliyi 27 Sentyabr – Anım günü münasibətilə “Twitter“də paylaşım edib.

Globalinfo.az bildirir ki, paylaşımda deyilir:

“27 sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan azərbaycanlı qardaşlarımızın əziz xatirəsini ehtiramla yad edir, Qarabağdakı bayrağın əbədi dalğalanmasını arzu edirik.

Qarabağ Azərbaycandır!”