Türk ölkəsinin himni dəyişir: Müsabiqə elan olundu

2024 12 12 12 50 53hillfrr2xlm55srar5fg file
Qırğızıstanda himnin sözlərini və musiqisini dəyişmək üçün müsabiqə elan ediləcək.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə mədəniyyət nazirinin müavini Timurlan Ajımaliyev himnin dəyişdirilməsi üzrə komissiyanın ilk iclasında bildirib.

“Məqsəd xalqın tarixi irsini, mədəniyyətini və birliyini əks etdirən əsər yaratmaqdır. Bununla bağlı bəstəkarlar, şairlər, musiqiçilər və yaradıcı kollektivlər dəvət olunur”, – o qeyd edib.

Xatırladaq ki, himni dəyişdirməyi parlament spikeri Nurlanbek Şakiyev təklif edib. N.Şakiyev yeni himnin 2025-ci ilin aprelinə qədər qəbul edilməli olduğunu bildirib. Himnin üç variantını hazırlayıb Joqorku Keneşə təqdim etməli olan idarələrarası komissiya yaradılıb.