Türk ölkəsi ilə bağlı məşhur ifadə 51 il sonra dəyişdi – VİDEO

Türk ölkəsi ilə bağlı məşhur ifadə 51 il sonra dəyişdi - VİDEO

Şimali Kipr Türk Respublikasında (ŞKTR) keçirilən prezident seçkilərində Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürmanın qalibiyyətindən sonra Türkiyədə narahat ab-hava davam edir. 

Globalinfo.az xəbər verir ki, əvvəlki prezident Ersin Tatrın mövqeyinə tamamilə ziddi fikirlərə sahib olan Erhürmanın açıqlamalarının ardınca kiprli bir jurnalistin sözləri də gündəm olub.

Türkiyənin müxalif “Sözcü” televiziyasında qonaq olan kiprli jurnalist Nazar Erişkin seçkiləri dəyərləndirib. Aparıcının ŞKTC-ya “yavru vatan” deyə müraciət etməsinə münasibət bildirən jurnalist, “Bu mövzuda həssaslıq var, zəhmət olmasa “yavru vatan” ifadəsini, “qardaş vatan”la əvəzləyək”, – deyə vurğulayıb.

Nəticədə aparıcı onunla razılaşıb və ifadəni dəyişib.

Qeyd edək ki, “yavru vatan” kəlməsi 1974-cü ildə Şimali Kiprdə başladılan azadlıq hərəkatından sonra Türkiyədə ortaya çıxıb. Artıq 51 ildir ŞKTR-ya münasibətdə bu ifadədən istifadə edilir.

 

Əliyar Xəlil
Globalinfo.az