Türk dövlətindən Rusiyaya zərbə: İmkan verməyəcəyik!

Qazaxıstan Rusiya ilə Qərb sanksiyalarından yayınmaq məsələsində əməkdaşlıq etməyəcək.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Eurasianet.org” saytına açıqlamasında adının çəkilməsini istəməyən qazaxıstanlı yüksəkvəzifəli məmur deyib.

“Bizim hökumət dəfələrlə və dəqiq bəyan edib ki, Qazaxıstan Rusiya ilə ticarətə heç bir sanksiya tətbiq etməyəcək. Lakin biz Qərb sanksiyalarından yayınmaq üçün Qazaxıstanın meydança kimi istifadəsinə də imkan verməyəcəyik. Astana özü üçün bütün riskləri başa düşür, amma yaxın zamanlarda öz fikrini dəyişməyə hazırlaşmır” – deyə o bildirib.

İlkin Həsənov
Globalinfo.az