Türk blogerdən Qurban Qurbanova möhtəşəm sürpriz – VİDEO

Türk blogerdən Qurban Qurbanova möhtəşəm sürpriz - VİDEO

Türkiyəli idman blogeri Recep Kaya İspaniyada “Qarabağ“ın baş məşqçisi Qurban Qurbanova maraqlı sürpriz hazırlayıb.

Globalinfo.az xəbər verir ki, o, dünyanın bir neçə ölkəsindən komandamıza dəstək videoları toplayıb.

Həmin ölkələr sırasında İngiltərə, İran, Almaniya, Türkiyə, Türkmənistan və Belçika yer alıb.

Videoda iştirak edən azarkeşlər Qurban Qurbanova və kluba uğurlar arzulayaraq, onlara güvəndiklərini və qürur duyduqlarını bildiriblər.

Qeyd edək ki, oktyabrın 22-də UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turu çərçivəsində “Qarabağ” FK İspaniyada “Atletik” klubu ilə qarşılaşacaq.

Sözügedən videonu təqdim edirik:

Zaira Akifqızı
Globalinfo.az