WhatsApp Image 2024 12 26 at 14.12.18

“Azərbaycan Hava Yolları”na məxsus “Embraer” 190 təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından sonra türkiyəli məşhur astroloq Ayşən Tokun 13 gün əvvəlki proqnozu gündəmə gəlib. 

Globalinfo.az xəbər verir ki, astroloq dekabrın 12-də “X” hesabında paylaşım edərək, Azərbaycanda bir hadisə baş verəcəyini deyib.

“Azərbaycanda bir şey olacaq. Ya da Rusiyada. Çünki ulduz şimala doğru istiqamət dəyişdirdi”, – paylaşımda bildirilib.

Qeyd edək ki, Bakıdan Qroznıya uçan təyyarənin Aktauda qəzaya uğraması nəticəsində 67 nəfərdən 38-i həlak olub. Onlardan 25-i azərbaycanlıdır.

WhatsApp Image 2024 12 26 at 13.57.24

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: