“2026-cı ildə Azərbaycanla hərbi eskalasiya, demək olar ki, mümkün deyil”,
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.
Strukturun illik hesabatında bildirilir ki, gərginliyin artması ehtimalı Vaşinqton razılaşmaları və 8 avqust 2025-ci il tarixində imzalanmış sülh müqaviləsi nəticəsində əhəmiyyətli dərəcədə azalıb.
“Xarici Kəşfiyyat Xidməti həmçinin lokal toqquşmaların ehtimalını az sayır və bölgədə kommunikasiya yollarının açılması məsələsində nikbin fikirdədir.
2026-cı ildə Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası proseslərində, ikitərəfli ticarət-iqtisadi təşəbbüslərdə və sosiomədəniyyətlərarası dialoqda daha da irəliləyiş ehtimalı var. Əgər regional infrastruktur blokdan çıxarılarsa, artıq davam edən proseslərdə də irəliləyişlər qeydə alınacaq”, – deyə qeyd edilib.
Safura Bənnayeva
Globalinfo.az