Türkiyənin məşhur “Çocuklar Duymasın” serialındakı “Meri” obrazı ilə tanınan aktrisa Demet Tuncer ABŞ-da ali təhsil aldığı müddətdə Mərkəzi Kəşfiyyat Agentliyinin (CİA) ona casusluq təklif etdiyini bildirib.
Globalinfo.az xəbər verir ki, aktrisa CİA-nın oxuduğu universitetdə işləyən bir professor vasitəsilə onunla əlaqə yaratdığını deyib.
“15 yaşımda olarkən beynəlxalq təqaüd qazandım, 90-dan çox ölkədən gələn tələbələrlə birlikdə ABŞ-da bir universitetdə siyasi elmlər üzrə təhsil almağa başladım. Bu müddətdə CİA bir professor vasitəsilə mənimlə əlaqəyə keçdi. Dedilər ki, Türkiyədə yüksək səviyyəli bürokrat, ya da bir siyasətçi olmağım üçün şərait yaradacaqlar. Əvəzində isə zamanı gələndə məndən sadəcə bir şey istəyəcəklər. Cavabında nə ailəmi, nə ölkəmi satmayacağımı bildirdim. Təhsilimi başa vuran kimi ölkəmə qayıtdım”, – aktrisa qeyd edib.
Ayşən Mustafa
Globalinfo.az