Turistlərin sözləri erməniləri narahat etdi: Xəbərdarlıq olunub ki…

Turistlərin sözləri erməniləri narahat etdi: Xəbərdarlıq olunub ki...

Ermənistana gedən turistlərin əsasən sərhəd bölgələrə səfər etdikləri, burada qonaqlar üçün müəyyən şəraitin yaradıldığı açıqlanıb. 

Globalinfo.az xəbər verir ki, belə bölgələrdən birinin Lori vilayətində yerləşən Haqpat kəndi olduğu bildirilir.

Məlumata görə, COVİD-19 pandemiyası və 44 günlük müharibə bölgənin turizm sektoruna çox ciddi təsir göstərib. İnsanların əksəriyyəti buraya səfər etməkdən çəkiniblər. Hətta Azərbaycan və Ermənistan arasında davam edən danışıqlar və Tavuş bölgəsində aparılan demarkasiya prosesinin belə turizm sektoruna təsir etdiyi deyilir.

Haqpat kəndində illərdir turizm fəaliyyəti məşğul olanların çoxu turistlərin əksəriyyətinin səyahətdən öncə Ermənistana getmək qərarını çətinliklə verdiklərini söyləyiblər. Belə ki, bir çox turislər səyahəti planlayarkən öz ölkələrindəki əksər agentliklərin onlara Ermənistana səfər fikrindən daşınmağı tövsiyə açıqlayıblar. Hətta agentliklərin Ermənistana turlar təşkil etməkdən yayındığı iddia olunur. Ölkənin Turizm Nazirliyi məsələ ilə bağlı rəsmi açıqlama verməsə də, bu məlumatların doğru olduğu güman edilir.

Sözügedən məsələ sosial şəbəkələrin Ermənistan seqmentində birmənalı qarşılanmayıb və narazılıq doğurub.

Əliyar Xəlil
Globalinfo.az