“Turan Tovuz” “Sumqayıt”ı məğlub etdi

"Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun növbəti oyunu keçirilib.

Globalinfo.az xəbər verir ki, “Turan Tovuz” doğma meydanda “Sumqayıt”ı qəbul edib. Görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda yeganə qolu Xəyal Nəcəfov vurub.

Tura bu gün saat 21:00-da start götürəcək “Sabah” – “Zirə” oyunu ilə yekun vurulacaq.

Daha əvvəl baş tutan qarşılaşmalarda “Qarabağ” “Kəpəz”ə 3:0, “Araz-Naxçıvan” “Şamaxı”ya 1:0 hesabı ilə qalib gəlib. “Səbail” – “Neftçi” görüşü isə bərabərliklə bitib 1:1.