Tural Novruzova vəzifə verildi

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin (ŞŞDQİ) Müşahidə Şurasının növbəti rüblük iclası keçirilib.

Bu barədə Globalinfo.az-a qoruqdan məlumat verilib.

Qeyd olunub ki, Müşahidə Şurasının yekdil qərarına əsasən, ŞŞDQİ-nin icraçı direktor səlahiyyətlərini icra edən, icraçı direktorun müavini Tural Novruzov İcraçı direktor vəzifəsinə təyin edilib.