Adil Kərimli Çində moldovalı həmkarı ilə görüşdü – FOTO

Mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri davam edir.

Nazirlikdən Globalinfo.az-a verilən xəbərə görə, 3-9 sentyabr tarixlərini əhatə edən səfər çərçivəsində mədəniyyət naziri Adil Kərimli sentyabrın 6-da Moldova Respublikasının mədəniyyət naziri Sergiu Prodan ilə görüşüb.

Görüşdə iki ölkə arasında mədəni əlaqələrin mövcud vəziyyətinə nəzər salınıb, bu sahədə gələcək əməkdaşlığın daha geniş potensiala malik olduğu vurğulanıb.

Sergiu Prodan gələn il Azərbaycanda Moldova mədəniyyəti günlərinin keçirilməsi təklifi ilə çıxış edib. Bu təkliflə bağlı fikir mübadiləsi aparılıb.

Adil Kərimli Çində moldovalı həmkarı ilə görüşüb