ChatGPT Image 5 Tem 2026 13 03 07

Mərhum Əməkdar artist, Tünzalə Əliyevanın (Toppuş bacı) ailəsinə daha bir itki üz verib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, aktrisanın qardaşı Elxan Bayramov 58 yaşında Moskvada vəfat edib.

İlkin məlumata görə, onun ölümünə səbəb ürək çatışmazlığı olub.

Mərhum dünən Gəncədəki “İmamzadə” ziyarətgah kompleksində torpağa tapşırılıb.

O, həmçinin Gəncə Dövlət Milli Dram Teatrının aktrisası Zülfiyyə Əliyeva və Gəncə Dövlət Kukla Teatrının butaforçu rəssamı Təranə Əliyevanın qardaşıdır.

Elxan Bayramov ailəli olub, 3 övladı yadigar qalıb.

Paylaş: