Tünzalə Əliyevanın ailəsindən gözlənilməz addım

Tünzalə Əliyevanın ailəsindən gözlənilməz addım

Əməkdar artist Tünzalə Əliyevanın ailəsi onun İkinci Fəxri xiyabanda dəfn olunmasını istəyir.

Globalinfo.az xəbər verir ki, bu barədə Bizim.media-nın əməkdaşı bildirib.

Belə ki, sözügedən qəbiristanlıqda fəxri ada layiq görülən incəsənət nümayəndələri dəfn edilir.

Hazırda Tünzalə Əliyevanın ailəsi aidiyyəti qurumdan cavab gözləyir.

Qeyd edək ki, bir qədər əvvəl mərhum aktrisanın bacısı onun öz vəsiyyətinə uyğun olaraq Bakıda dəfn olunmasını istədiyini desə də, II Fəxri xiyabanla bağlı hər hansı fikir səsləndirməyib.