Trampla Zelenski telefon danışığı apardı

Trampla Zelenski telefon danışığı apardı

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə Zelenski şəxsi teleqram kanalında məlumat verib.

Zelenski söhbəti “çox yaxşı” qiymətləndirərək Trampa Ukraynaya dəstəyə hazır olduğu üçün təşəkkür edib.

“Bizim belə yaxşı münasibətlərimizin olması və NATO ölkələrinin müdafiə xərclərini artırmağa çalışması vacibdir”, – deyə o bildirib.

Telefon danışığı zamanı liderlər Rusiyanın davam edən hücumlarına qarşı müdafiə imkanlarının gücləndirilməsini, eləcə də Ukraynanın müdafiə ehtiyaclarını müzakirə ediblər.

Tahir Turan

Globaıinfo.az